Bakıda zorla sürücünün qarşısını kəsmək istədilər - VİDEO
28 İyun 2021 15:38 SosialBakıda ötmə əməliyyatı edən sürücünün qarşısını zorla kəsməyə çalışıblar.
Olaylar.az xəbər verir ki, hadisə iyunun 26-da, saat 18:15 radələrində "Sədərək" Ticarət Mərkəzi istiqamətində qeydə alınıb.
Bununla bağlı sosial şəbəkədə paylaşım edən istifadəçi bildirib ki, üç maşın onun hərəkətdə olduğu avtomobili sıxışdırıb.
Onlar işarə edərək, maşını saxlamasını istəyiblər:
"Məni sıxıb saxlatmaq istəyirdilər ki, döysünlər. Məcburən əllərindən qaçıb körpüyə çıxdım. Arxamca gəldiklərini gördüm. Qaça bilmək üçün bütöv xəttin tələbini pozub istiqaməti dəyişdim".
Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl də qeydə alınmışdı. Nəticədə, Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı Səxavət Məmmədov döyülərək öldürülmüşdü.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31