"Azərbaycanda 4-cü dalğa olmayacaq" - Tanınmış həkimdən gözlənilməz AÇIQLAMA

"Heç bir 4-cü dalğa olmayacaq. Dalğa oyunları ilə insanları stresə salmayın".

Olaylar.az bildirir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, Azərbaycanda cəmi bir epidemik alovlanma olub:

"Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu dalğa deyil. Dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb-azalsın. Bu baxımdan 4-cü dalğa proqnozu verənlər biraz düşünsün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artır. Yenidən insanları stresə salmaq olmaz".

Mütəxəssis qeyd edib ki, bu cür hallar ciddi fəsadlar yarada bilər: 

Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır. Yoxsa su gəlməmiş çırmanırıq yenə?". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31