Avtomobil təmiri sexi yandı, içindəki maşın külə döndü - VİDEO

Qax rayonunda yanğın hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında şəhərin Əliağa Vahid küçəsində Eyvaz Rəsulova məxsus ümumi sahəsi 45 kvadratmetr olan avtomobil təmiri sexində baş verib.

Yanğın zamanı sexdə təmirdə olan Qax rayon sakini Zaur Abbasova məxsus 55-CB-215 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobil də yanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31