Nura Suridən ÇAĞIRIŞ

"Sizə dostumuz Fəxri Cerca Trova haqqında danışmaq istəyirəm: 20 ildir Amerikada yaşayır. Öz əziyyəti ilə qalxıb, polisdə Şerif işləyir. Los Ancelesdə mitinqlər zamanı öz işini düşünmədən fəal iştirak edib və bir çox azərbaycanlılara dəstək olub, yaralılara kömək edib."Bu  barədə müğənni  Nura Suri feysbuk  səhifəsində  yazıb.

Ermənilər ondan şikayət edib və hazırda işini itirmək təhlükəsi ilə üz-üzədir. Amerikada vəkil tutmaq çox bahadır. İnsanın 20 ildə qurduğu karyerası, hətta həyatı təhlükədədir.

Ermənilər ondan əl çəkmirlər. İşi hazırda araşdırılır və çox güman ki məhkəməyə kimi gedib çıxacaq. Biz onu tək qoymamalıyıq, dəstək olmalıyıq.

Xahiş edirəm jurnalist dostlarımdan bu məsələ ilə bağlı özü ilə müsahibələr etsinlər və kömək etmək imkanı olan hər kəs ona dayaq dursun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31