Çimərliklərdə həyəcanlı anlar - 5 nəfər xilas edilib
28 İyun 2021 11:32 Sosialİyunun 27-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Yevlax", "Mərdəkan", "Buzovna", "Bilgəh", "Hövsan" sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31