Yasamalda qəza zamanı sürücü özünü avtomobildən yerə atdı - VİDEO
28 İyun 2021 10:38 SosialBakının Yasamal rayonunda yol qəzası baş verib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirib.
Nəticədə minik vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb, daha sonra yol kənarındakı beton arakəsməyə dəyib.
Hadisə vaxtı sürücü özünü avtomobildən yerə atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31