Bu insanlar depressiyaya daha çox meyillidirlər

Amerikalı alimlər depressiyaya daha çox meyilli insanları müəyyənləşdiriblər.

"The New York Times"ın məlumatına görə, onlar araşdırmalarını "JAMA Psychiatry" elmi portalında yayımlayıblar.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, təcrübədə 800 000-dən çox yetkinin iki genetik məlumat bazasından istifadə edilib. Bioloqlar sınaqdan keçənlərini yuxu rejimi haqqında da məlumat toplayıblar.

Məlum olub ki, erkən yataraq tez qalxanlarda depressiya riski digərlərinə nisbətən 23 faiz daha aşağıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31