ÜST rəhbərindən peyvəndlərlə bağlı AÇIQLAMA

Dünyada koronavirusa qarşı peyvəndlərə bərabərhüquqlu əlçatanlığın təmin edilməsi pandemiya ilə mübarizəni asanlaşdıra bilər.

Olaylar.az-ın məlumatıəna görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: "Acı həqiqət budur ki, peyvəndlər ədalətli əsaslarla paylansaydı, hazırda biz pandemiyaya nəzarət edə bilərdik".

Onun sözlərinə görə, dünya ölkələri kifayət qədər məlumat, bioloji nümunələr, mənbələr, texnologiyalar və alətlərlə paylaşmırlar: "Böyük maliyyə və geosiyasi qüvvələri olan dövlətlər qlobal peyvənd tədarükünə nəzarəti ələ alıblar, dünyanın əksər yoxsul ölkələri isə unudulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31