TƏCİLİ! "Delta" virusu sürətlə yayılır: Azərbaycan sərhəddinə çatdı - Qorxulu XƏBƏRDARLIQ
27 İyun 2021 14:26 SosialKoronavirusun "Delta" ştammı ilə bağlı vəziyyət həyəcanvericidir, virus sürətlə yayılır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç bildirib.
"Delta" ştammı lap çox hüceyrələri məhv edir, insan (bu ştamma yoluxan - red.) daha çox şəxsi, sürətlə yoluxdura bilər", - Vuynoviç deyib.
"Biz hələ pik zirvəni görmürük, virus sürət yığır. İndi reaksiya vermək lazımdır", - o qeyd edib.
"Vaksinləmə, üstə gəl maska rejimi, çünki "Delta" ilə (mübarizədə) peyvənd kifayət deyil. İndi qısa vaxt ərzində virusla mübarizəni davam etdirmək lazımdır, əks təqdirdə lokdaun olacaq", - mütəxəssis vurğulayıb.
O əlavə edib ki, vaksinləmə lazımdır, çünki virusun ötürülməsi imkanı azalır və xəstəliyi ağır formada keçirmə ehtimalı da minimuma enir
Qeyd edək ki, ötən gün Türkiyədə də 50 nəfər "Delta" virusuna yoluxub.Bu o deməkdir ki, virus Azərbaycan sərhədlərinə yaxınlaşır. Report