İnfarktın adətən əhəmiyyət verilməyən simptomu var imiş
27 İyun 2021 10:17 SosialHəkimin sözlərinə əsasən, diş ağrısı daha öncə stomatoloji problemləri olmayan insanlarda xüsusi narahatlıq doğurmalıdır.
Diş ağrısı yaxınlaşan infarktın əlaməti ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Express portalına həkim-terapevt Alka Patel bildirib.
Onun sözlərinə görə, belə ağrı daha öncə stomatoloji problemləri olmayan insanlarda xüsusi narahatlıq doğurmalıdır.
"Bu, çənə şöbəsi vasitəsilə beyindən ürəyə keçən dolaşan sinirin mövcudluğu ilə bağlıdır", - həkim izah edib.
İnfarkt ürək əzələsinin qan dövranının kəskin çatışmazlığı ilə bağlı ağır patoloji vəziyyətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31