Azərbaycan vətəndaş cəmiyyəti quruculugunda

Umud Mirzəyev

Azərbaycanın vətəndaş cəmiyyəti quruculugunda xüsusi xidmətləri olan, "Azərbaycan insan hüquqları mərkəzi"nin direktoru, hüquq müdafiəcisi, hörmətli Eldar Zeynalov bu yaxınlarda mənim də görüntülərimin yer aldıgı bir necə şəkil paylaşmışdı. 2000 ci ilin may ayının sonlarında cəkilmiş həmin şəkillərin maraqlı bir tarixcəsi vardı.Həmin vaxt "Azərbaycan İnsan Hüquqları Mərkəzi"nin dəvəti ilə Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasının icracı direktoru Aaron Rouds və onun müavini xanım Bricitt Dyufur ölkəmizdə qrişgüzar səfərdə idilər. Qonaqlar 27 may 2000-ci ildə hüquq müdafiəsi üzrə QHT lərin resurs mərkəzində azərbaycan vətəndaş cəmiyyəti qurumlarının mnümayəndələri ilə görüşüb ölkəmizdə ki, ictimai siyasi durum barədə onların rəy və təkliflərini oyrənirdilər. Həmin görüşdə mən də iştirak edirdim. Cıxış ücün söz alıb Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasının azərbaycanla baglı hazırlamış oldugu hesabatı sərt şəkildə tənqid etdim. Beləki hesatda cox ciddi yanlışlıqlara yol verilmişdi. Bir tərəfdən hazırlanmış sənəddə Bakıdan köcüb getmiş ermənilərinin əmlak hüquqlarından, geri dönmək imkanlarından söhbət acılır, digər tərəfdən isə erməni təcavüzü nəticəsində didərgin düşən bir milyondan cox olan qacqın və məcburi köckünün öz yurd yuvasına dönməsinin vacibliyini dilə gətirən Azərbaycan höküməti tənqid olunurdu.Eyni zamanda Hesabatla tanış olanlarda elə təsəffür yaranırdı ki Ermənistandan və Qarabagdan didərgin düşən azərbaycanlı qacqın və məcburi köckünlərin böyük bir hissəsi dədə baba yurduna dönmək niyyətindən əl cəkib və buna görə də onların məşkunlaşdıgı yerlərdə həyat şəraitinin yaxşılaşmasına hökumət dəstək göstərmir.Mən ərazilərinin 20% işgal edilən, iqtisadiyyatı tamam dagılmış və bir milyon qacqın, köckünə sahib cıxan ölkə ilə baglı məsələnin bu şəkildə təqdim olunmasının əsasız oldugunu, reallıgı əks etdirmədiyini dilə gətirərək , qacqın və kökünlərin məskunlaşdıgı yerlərə səfər edib faktlarla yerində tanış olmagı təkidlə təklif etdim. Bu işdə onlara təmənnasız bələdcilik etməyə hazır oldugumu da bildirdim. Helsinki Federasiyasının nümayəndələri səfər qrafiklərinin sıxlıgını və növbəti günlərin isə şənbə və bazar istirahət günləri oldugunu əsas gətirərək mənim təklifimi qəbul etmək istəmədilər. Lakin son anda mənim inadkarlıgıma rəgmən təklif etdiyimiz uc köckün düşərgəsindən (Sabirabad, Sumqayit, Ceyranban) birinə növbəti gün səfər edilməsinə razılıq verdilər. Vədələşdiyimiz kimi 28 may 2000 ci il tarixdə, şənbə günü saat 11 00 da , Qız qalasının yaxınlıgında, Nefitcilər prospektində görüşdük. Biz birlikdə beş nəfər idik. Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasının icracı dirüktoru Aaron Rouds , onun müavini xanım Bricitt Dyufur , Azərbaycan İnsan Huquqları Mərkəzinin direktoru Eldar Zeynalov , mərkəzin şura üzvü Zalihə xanım Tahirova və mən. Hər kəsi maşına dəvət edib, hərəkət edəcəyimiz ünvanın dəqiqləşdirilməli oldugunu xatırlatdım.Birlikdə vaxtın azlıgını nəzərə alaraq Ceyranbatana getməyi qərar verdik.Bundan sonra birbaşa Ceyranbatanda əksəriyyəti Lacın və Kəlbəcərdən olan köckünlərin məskunlaşdigi texniki neşə məktəbi yataqxanasının qarşısına gəldik. Binanın zirzəmisi cirkli sularla dolu oldugundan ətrafa yayilan üfunət, qoxu bir başa adamın əhval ruhiyyəsinə təsir edirdi. Həyətdə rastlaşdıgımız adamlarla bir qədər hal-əhval tutub söhbətləşdik. Daha sonra evlərə kecmək, ailələrlə yaxından tanış olmaq qərarına gəldik. Elə də etdik,fərqli ailələrin qapısını döydük, coxsaylı insanlarla görüşdük. Görüşdüyümüz ailələrin durumu bir birindən acıncaqlı, bir birindən dəhşətli idi . İnsanların başına gətirilənləri eşitdikcə urəklər paramparca olurdu

Demək olarki görüşdüyümüz insanların arasında problemsiz , dərdsiz, bəlasız ailə yox idi. Amma qonaqların da təəccübünə səbəb oldugu kimi onların hec birisi şəxsi problemlərindən danışmır, özlərini daha cox qürurlu aparmaga calışırdılar. İstisnasız olaraq hər kəs yurd yuvasına , el obasına, Qarabag torpaqlarına qayıtmaq istəyini dilə gətirirdilər. Hətda köckunlərin özləri yaşadıqları binanın bərbad vəziyyətini dilə gətirənləri öz aralarında qınayır " bizə yardım filan lazım deyil , hər şeyə dözərik, bizim yalniz torpaqlarımızın qayitmasına yardım göstərilsin " deyirdilər. Evlərdə köckünlərlə görüşləri yekunlaşdırıb binanın həyətinə cıxanda dəhşətli bir mənzərə ilə rastlaşdıq. Analar fəryad edir, qızlar, gəlinlər saclarını yola yola dünyasını dəyişmiş səkkiz aylıq bir körpənin cənazəsini yumaq ücün həyətdə ədyal və cadır parcalarından düzəldilmiş yuat yerinə aparırdılar.Son dərəcə agrılı, acılı bir mənzərə idi. Helsinkidən olan nümayəndələr də eşitdikləri və gördüklərindən ciddi şəkildə sarsılmışdılar.Xanim Bricitt Dyufur və Zəlihə xanım Tahirova da göz yaşları axıdan anaların arasında idilər. Görünən daga nə bələdci,burada Qarabag faciəsinin miqyasını , yurd yuvasından didərgin salınmış azərbaycan insanı ücün nə böyüklükdə fəlakət oldugunu dərk etmək cətin deyildi. Bəlkə də ona görə xanım Bricitt Dyufurun göz yaşları icərisində mənə yaxınlaşaraq təkrar, təkrar "sory mister Mirzayev" deməsi də elə bununla baglı idi. Vaxtın məhdudlugunu nəzərə alaraq məcburi köckünlərlə vidalaşıb Bakıya dogru yola cıxdıq. Yol üstü qərara gəldik ki, cay süfrəsi arxasında gördüklərimizi, eşitdiklərimizi isti isti müzakirə edək. Elə də etdik, restoranlardan birinin qarşısında maşını saxladıqdan sonra uygun bir yer secib stol arxasında əyləşdik. Bir anlıq aramızda səssiz bir ortam yarandı. Hec kəs bir birindən üzücü və agır görüşlərin təəssüratları altında yaranan sükutu pozmaq istəmirdi. Süfrəyə cay gəldi və biz söhbətə başladıq, gördüklərimizi, eşitdiklərimizi dostcasına , bir birimizə güvənərək müzakirə etdik. Önəmli olan o idi ki Helsinkidən olan rəsmilər sanki bir gün əvvəlki adamlar deyildi. Mənə də münasibətləri dəyişmişdi, tez-tez bu səfəri təşkil etdiyimə görə təşəkür edirdilər. Ceyranbatanda gördüklərimiz və köckünlərdən eşitdiklərimiz demək olarki onları düşündürən sualların böyük əksəriyyətini cavablandırmışdı.

Ən başlıcası isə Ceyranbatanda məcburi köckünlərlə təşkil edilən görüş Helsinki Federasıyasının nümayəndə heyyətinin Azərbaycanla baglı baxışlarında və sonradan ölkəmizlə baglı hazırladıqları hesabatlarda xeyli dəyişikliyə səbəb olmuşdu. Bakıya döndük. Mən "bələdcilik missiyamın" sona catdıgını dilə gətirib hər kəslə ayrı ayrılıqda sagollaşdım. Onlar isə böyük minnətdarlıq hissi ilə əllərimi sıxaraq , səfərin təşkilinə görə mənə bir daha təşəkür etdilər. Növbəti günlər mətbuatdan xəbər tutdum ki Helsinki numayəndə heyyəti Xarici İşlər Nazirliyində , prezident administrasiyasında yüksək cinli məmurlarla bir sıra əhəmiyyətli görüşlər keciriblər. Sonda Ulu Öndər Heydər Əliyevin Qəbulunda olublar. Həmin vaxt Azərtac Ulu Öndərlə onların görüşünün stenaqramını da ictimayət ücün yayımlamışdı. Ölkə prezidenti görüş zamanı Helsinki rəsmilərinin Ceyranbatan səfərini yuksək dəyərləndirmiş, belə səfərlərin əhəmiyyətindən danışmışdı.

"Siz Ceyranbatanda oldunuz və hər şeyi də öz gözlərinizlə gördünüz, buna görə sizə təşəkkür edirəm . Ancaq siz çadırlarda daha çətin şəraitdə yaşayan insanları görsəydiniz, dəhşətə gələrdiniz.

Ceyranbatanda yaşayan qaçqın və məcburi köçkünlərin vəziyyəti çadırlarda yaşayan məcburi köçkünlərin vəziyyətinə nisbətən daha yaxşıdır. Təəssüf ki, bir daha təkrar edirəm, beynəlxalq təşkilatlar, o cümlədən insan hüquqları ilə məşğul olan təşkilatlar bu sahəyə əhəmiyyət vermirlər.

Ceyranbatanda görüşdüyünüz qaçqınların vəziyyəti barədə guya yetərincə məlumata malik olmadığımı dedinsiz. Xeyr, mən bu barədə kifayət qədər məlumatlıyam və həm də çox yaxşı məlumatlıyam. Onların vəziyyətlərini bir dəqiqə də olsun unutmuram, bu ürəyimə sancılan bıçaq kimidir, çünki bu millət mənə etimad göstərib. Mən bu millətin, bu dövlətin başçısıyam. Onlar üçün normal yaşayış şəraiti yaratmaq, qayğı göstərmək mənim müqəddəs borcumdur...Lakin, çox şey mənim imkanlarım xaricindədir.

Bütün bunları gördüyünüzə və bu işlə tanış olduğunuza görə çox şadam. Təşkilatlarınızda gördüklərinizi danışsanız, sizə daha çox minnətdar olacağıq.

Təəssüf ki, müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin yüksək cinli nümayəndələri Bakıya gəlir və elə buradan da çıxıb gedirlər.

Çadır şəhərlərində yaşayan köçkünlərin vəziyyətini görmürlər. Bakı şəhərində şərait yaxşıdır, ona görədə gələn qonaqlarda Azərbaycandakı vəziyyətin hər yerdə eyni olduğu təəssüratı yaranır. Onların təkcə Bakıya deyil, çadır şəhərciklərinə də gəlmələrini çox istəyirik, ancaq buna nail ola bilmirik.

Sizə müraciət edərək bir milyondan çox Azərbaycan vətəndaşının hüquqlarının pozulduğuna dair məlumatlara kitablarınızda və hesabatlarınızda geniş yer ayırmağınızı xahiş edirəm. Bu, sizin üçün, bütün dünya ictimaiyyəti, Beynəlxalq Helsinki İnsan Hüquqları Federasiyası üçün son dərəcə vacibdir.

Bir nəfərin, on və ya yüz insanın hüquqları pozulması dəhşətlidir. Ancaq bir milyon insanın hüquqlarının pozulması daha dəhşətli və qorxuncdur. İstər təşkilatınızda, istərsə də digər təşkilatlarda bu vəziyyətə ətraflı aydınlıq gətirməyinizi istərdim. Bu, sülh danışıqlarımız üçün daha əlverişli şərait yarada bilər.

Minsk Qrupunun üzvləri, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan olan həmsədrləri var. Onlar sülh üçün, məsələnin həlli üçün çalışırlar. Ancaq vəziyyəti düzgün qiymətləndirə bilmirlər. Bu məsələnin necə həll ediləcəyi ilə bağlı bir sıra təkliflər veriblər - Ermənistanı qane etmir, ona görə də problem həll edilmir. Beləki bu dövlətlər, beynəlxalq təşkilatlar Ermənistana: "Siz təcavüzkarsınız, başqa bir ölkənin torpaqlarını işğal etmisiniz" deyə bilmirlər. Biz erməni torpaqlarının bir metrini belə ələ keçirməmişik. Bizim heç bir günahımız yoxdur, amma həqiqət budur ki, bu işlərlə məşğul olan aparıcı dövlətlər də daxil olmaqla beynəlxalq təşkilatlar cinayətkar və qurbanı tərəzinin eyni gözünə qoyurlar. Bu ədalətsizlikdir! Bu paradoksdur! Bu haqsızlıq olmasa, konfilikt kifayət qədər tez həll edilə bilər." Bu gun bu sətirləri oxuduqca rəhmətlik ulu öndəri minnətdarlıq hissi ilə anır,sözügedən olaylarda bir vətəndaş cəmiyyəti qurumu olaraq yer aldıgımıza görə qurur duyuram.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31