Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlandı
10 Mart 2021 10:55 SosialAzərbaycanda COVID-19 infeksiyasına yoluxma halları üzrə statistika açıqlanıb.
Olaylar.az xəbər verir ki, yoluxma hallarının 52,5 faizi (bundan əvvəl 52,3 faiz) Bakının payına düşür.
Yoluxma sayının yüksək olduğu ikinci bölgə Arandır. Belə ki, orada yoluxma 13.1%-dir. Abşeronda 12.9%, Gəncə-Qazaxda 8.1%, Şəki-Zaqatalada 3.3%, Quba-Xaçmazda 3%, Lənkəranda 2.8%, Dağlıq Şirvanda 2.5%, Yuxarı Qarabağda 1.4%, Naxçıvan Muxtar Respublikasında 0.04%, ölkə xarici yoluxma isə 0.4%-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31