Ölkəmizdə miqrasiya siyasəti 5 ən yaxşı biznes mühiti göstəricisi arasında yer alıb

Avropa İttifaqı Azərbaycanda "2020-ci il üçün Biznes Mühiti Hesabatı"nı təqdim edib.  Hesabatda ölkəmizdə miqrasiya siyasəti 5 ən yaxşı biznes mühiti göstəricisi arasında qeyd edilir. "Olaylar" xəbər verir ki, sənəddə həmçinin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə şirkətlərin müsbət fikirlər ifadə etdikləri əksini tapmış, Xidmətin şəffaf və biznesə dəstək yönümlü yanaşması, elektron xidmətləri və sahibkarlarla mütəmadi keçirdiyi görüşlər müsbət məqamlar kimi qeyd olunmuşdur. Hesabat Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətləri arasında keçirilən illik sorğunun nəticələri əsasında hazırlanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31