Saleh Məmmədov 10 rəisi işdən çıxardı
9 Mart 2021 15:57 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 10 vəzifəli şəxsi işdən çıxarıb.
Olaylar.az-ın məlumatına görə, vəzifəsindən azad olunanlardan 6-sı yol idarəsinin rəisi, 4-ü isə agentliyin aparatında idarə rəisləridir.
Vəzifəsindən azad olunan şəxslər arasında Samux rayon yol istismar idarəsinin rəisi Zakir Quliyev, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinov, 15 saylı Yol İstismar MMC-nin rəisi Zahid Nuriyev də var.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31