Əməkdar artistin anası da VƏFAT ETDİ
9 Mart 2021 13:43 SosialƏməkdar artist Səlim Abbasovun anası dünyasını dəyişdi.
Bu haqda musiqiçi açıqlamasında deyib. O bildirib ki, anası şəkərli diabetdən əziyyət çəkirmiş:
"Nə anama, nə atama kömək edə bildim. Atam öləndə xaricdə idim. Bu həyatda onlar üçün yaşayırdım. Bu dərdi çəkə bilmərəm. Mənim üçün artıq hər şey bitdi".
Qeyd edək ki, Səlimin atası 3 gün əvvəl koronovirus infeksiyasından dünyasını dəyişib. Anası isə dünən Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi.
axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31