“Bakının statusu haqqında" qanun layihəsi hazırlanır
9 Mart 2021 13:06 Sosial"Azərbaycan Avropa Şurasında seçkili merləri olmayan yeganə ölkədir". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Erkin Qədirli deyib. Onun sözlərinə görə, Azərbaycanda paytaxt "Bakının statusu haqqında" qanun qəbul edilməlidir: "Mən payız sessiyası dövründə belə bir qanun layihəsini hazırlayıb parlamentə təqdim edəcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31