Vilayət Zahirov: “İşğaldan azad edilən ərazilərdə bələdiyyə seçkiləri keçiriləcək”

"Hazırda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə başlanılıb. Həmin ərazilərdə torpaq islahatları həyata keçirilməlidir". "Olaylar"n xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini deyib. Onun sözlərinə görə, daha sonra isə həmin ərazilərdə bələdiyyə seçkiləri olmalıdır: "Digər zəruri məsələlər də həyata keçirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31