Azərbaycanda 60 nəfərlik toya icazə verilib? - BAKIDAKI BU RESTORANDA...
9 Mart 2021 11:42 SosialSon günlərdə Azərbaycanda COVıD-19 virusuna yoluxanların sayının artmasından sonra karantinin yenidən sərtləşdiriləcəyi deyilir.
Novruz bayramı ərəfəsində qapanmanın qaçılmaz olduğunu vurğulanır. Bütün bu addımların insanların sağlamlığının qorunması üçün atıldığı deyilir. Lakin hələ də özünün və yaxınlarının sağlamlığını düşünməyən, virusun yayılmasına şərait yaradan insanlar var.
Ötən günlərdə şəhərin mərkəzində yerləşən "Cıdır" şadlıq sarayında toy məclisi keçirilib. 60 nəfər ilə baş tutan məclisdə heç bir məsafə və ya digər qaydalara riayət edilməyib.
Bundan əlavə, ötən gün 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakı restoranlarında da şənliklər edilib. Xalq artistləri və digər sənətçilərin iştirakı ilə yüzlərlə insan bir məkana toplaşıblar.