Deputat sahibkarlara müraciət etdi: “Heç olmasa bu bayramda qiymətləri qaldırmasınlar”

Milli Məclisin deputatı Əli Məsimli ölkədəki süni qiymət artımına toxunub. "Olaylar" xəbər verir ki, deputat Novruz bayramı ərəfəsində monopoliyanın mövcudluğunu qeyd edib: "Çox yaxşı olardı ki, Azərbaycanın bütün təbəqələri Novruz süfrəsi aça bilsin. Azərbaycanda monopoliyaya son qoymaq lazımdır. Heç olmasa bu bayramda qiymətləri qaldırmasınlar. Ölkədə məhsul bolluğu yaratmaq lazımdır. Məhsul nə qədər bol olarsa, qiymətlər aşağı enər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31