“WhatsApp” bu telefonlarda işləməyəcək
9 Mart 2021 11:10 SosialMəşhur mesajlaşma tətbiqi "WhatsApp" "iPhone"un köhnə versiyalarına xidməti dayandıracaq.
Bu barədə "WABetaInfo" məlumat yayıb.
Bildirilir ki, "WhatsApp"ın təzə beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək dayandırılıb.
Qeyd edək ki, "WhatsApp" tərəfindən mobil qurğularla bağlı son qərar 2020-ci ilin fevralında verilib. Həmin qərarla "WhatsApp" Android 2.3.7 versiyasında işləyən smartfonlara xidməti dayandırmışdı. Bununla yanaşı, iOS 8 və daha köhnə versiyalarda da artıq 1 ildir ki, "WhatsApp" işləmir.
baku.ws
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31