Nikaha girmək istəyən 100-dən çox şəxsdə təhlükəli xəstəliklər aşkarlandı
9 Mart 2021 10:57 SosialAzərbaycanda fevral ayı ərzində nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib.
Onların 373-də talassemiya daşıyıcılığı, 97-də sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb.
Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 7 olub.
Qeyd edək ki, 2015-ci ildən indiyədək nikaha daxil olmaq istəyən 720 897 nəfərin qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV(QİÇS) qeydə alınıb". /Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31