Daha bir şəhid dəfn edildi
8 Mart 2021 15:03 SosialVətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.
Şəhid Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.
Z.Balakişiyev Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalıb.
Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.
Prezident İlham Əliyevin sərəncamı ilə "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31