“BMT və ATƏT, məni xilas etməyiniz üçün kim olmalıyam?”

Mənim adım Leyla Şərifdir, 24 yaşım var. Əslən Bakılıyam, Rusiya Xalqlar Dostluğu Universitetinin tərcüməci ixtisasının məzunuyam.
İkinci Qarabağ Müharibəsi zamanı hamı kimi cəbhədən gələn xəbərlə yatıb qalxırdım.
Dünya təşkilatına səsimi çatdırmağa Gəncədə baş vərən hadisələr səbəb oldu. İlk öncə, fikir ideyası şeir yazmaq kimi nəzərdə tutulmamışdır, lakin 30 ildir ki Azərbaycanda baş verənlərə, nəhayət, diqqət tələb edən mətn yazmaq istəyirdim. Amma, şeirin özü ilk qafiyə ilə ağlıma gəldi, və sonra başa düşdüm ki, bu ilk fikirin ətrafında inşa olunan bir şeir olacaq.
Poema "BMT və ATƏT, məni xilas etməyiniz üçün kim olmalıyam?" sətrlərindən başlayır. Xocalıda - həm uşaqların, həm qadınların, həm kişilərin, həm qocaların, həm dünyaya gəlməmiş körpələrin - hər kəsin əzab və işgəncə çəkdiyini vurğulamaq istədim.
Sülhü qoruyub saxlamaq, insanları qorumaq vəzifəsi olan təşkilatların, heç birinin ciddiyə almadığını göstərmək istədim.
Bu, məni poemanın əsas sualını verməyinə təhrik etdi - "Siz, həqiqətənmi sülh tərəfdarısınız?! Yoxsa, sadəcə, Azərbaycan sizin siyahınızda deyil?".
Mən elə bilirdim ki, poemanın yazılmasını başa çatdırmışam və burada, Bərdə və Tərtərdə terror aktları baş verir. Mən onlar haqqında danışmaya bilməzdim və bu terror aktlarının qurbanları haqqında qısa hekayələri yazdım.
Poemanın yazılmasına gəldikdə isə, mənim suallarım yaranmadı - yaxın dostum və istedadlı videoqraf Kənan Murada zəng etdim. O, layihənin həyata keçirilməsinə tərəddüd etmədən razılıq verdi və biz detalları müzakirə etməyə başladıq. Mənim çox məhdud büdcəm olduğu üçün studiya barəsində daha bir dosta, videoqraf fotoqrafa - Əli Fərhada müraciət etdim. O, böyük məmnuniyyətlə bizə studiyanı bütün avadanlıqlar ilə təqdim etdi və biz bu filmi çəkdik.

Mən belə bir coşqun reaksiya gözləmirdim. Videonun təqdimatından sonra, mən müharibə yaşamış, yaxınlarını itirmiş, xaricdə yaşayan və fərqli vətəndaşlarından təşəkkür sözləri ilə zəng və mesaj, inanılmaz dərəcədə aldım.
İndiyə qədər eşitdiyim və gördüyüm hər rəydən, duyğu və emosiyalar məni qürurlandırır. Xoş sözlər və dəstək üçün hər kəsə təşəkkür edirəm. Mən çalışacağam ki, bundan sonra da əhəmiyyətli layihələr həyata keçirim.

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz.

https://www.facebook.com/watch/?v=474586233712758

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31