Külək daha bir məktəbin dam örtüyünü uçurdu

Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.
"OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31