Azad olunan ərazilərdə sərhədçilərin vaksinasiyasına start verilib.
6 Mart 2021 12:08 Sosialİşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.
Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.
İlk gündə 100 sərhədçinin koronavirus infeksiyası əleyhinə peyvənd olunmaları təşkil edilib.
Vaksinasiya prosesi Qubadlı rayonu ərazisində yeni fəaliyyətə başlayan DSX-nin Hərbi Xəstəxanasında aparılıb.
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31