Oğrunun digər əməlləri ifşa edilib
5 Mart 2021 15:26 SosialLənkəran rayonunda silsilə oğurluqla məşğul olan şıxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 800 ABŞ dolları, 700 manat pul və qızıl-zinət əşyaları oğurladığına görə tutulmuş Gərmətük qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Hacızadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 1 evdən məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31