Paytaxt sakininin bank kartını alan şəxs tutulub

Bakı şəhər sakini N.Mahmudovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar2a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Bakı şəhər sakini N.Mahmudovaya zor tətbiq edib içərisində 220 manat pul, bank kartı və mobil telefon olan sellofan paketi soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini Q.Manafov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31