5 evdən su sayğacı oğurlayan şəxs saxlanıb

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində su sayğaclarının oğurluğu ilə məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, saxlanılan şəxs martın 2-də və 3-də rayon ərazisindəki 5 evin girişlərində quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Fətullayevdir. Araşdırça zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31