AzTU “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
5 Mart 2021 14:51 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-də direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Tağı Tağızadə və müəssisənin digər əməkdaşları ilə görüş keçirib.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, görüş zamanı qurumlararası mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən universitet tələbələrinin müəssisədə təcrübə imkanları, böyük həcmli verilənlər (big data) sahəsində birgə tədqiqatlarla bağlı fikir mübadiləsi aparılıb.
--
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31