Şəhid olan əsgərlə bağlı ürəkparçalayan məlumat - VİDEO - FOTO

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun Bitlis bölgəsinin Tatvan rayonunda, dağlıq ərazilərdə qəzaya uğraması barədə məlumat vermişdik.

Olaylar.az  bildirir ki, Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 2 nəfər isə yaralanıb.

Dünənki qəzada şəhid olan Şükrü Karadirek 3 ay əvvəl ata olub. O, oğlunun 40-nın çıxdığı zamanı çəkilən şəkli sosial şəbəkələrdə paylaşaraq sevincini dostları ilə bölüşüb.

Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31