1000-dən çox müəllim vaksinasiya olub - Emin Əmrullayev
5 Mart 2021 12:56 SosialArtıq 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür:
"Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib. Şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir. Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31