Borca görə axtarışda olan 24 nəfər saxlanıb
5 Mart 2021 11:03 Sosial2021-ci il mart ayının 4-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. DİN-in Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü "isti izlər"lə açılmışdır. Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunmuşdur.Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31