Vəkil olmaq istəyənlər üçün test imtahanı keçirilir

Bu gün Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. "Olaylar" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilən imtahanda iki növbəli olaraq ümumilikdə 280 namizəd iştirak edir.Üç saat ərzində davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti - şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31