FHN: Ötən sutka ərzində 35 yanğına çıxış olub
4 Mart 2021 14:13 SosialAzərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə "Olaylar.az"a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 6 nəfər xilas edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31