“Uşaqların doğulanadək cins seçiminə YOX deyək!” adlı təqdimat hazırlanıb
4 Mart 2021 14:11 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması məqsədilə mütəmadi olaraq həyata keçirilən tədbirlərinin davamı olaraq "Uşaqların doğulanadək cins seçiminə YOX deyək!" adlı təqdimat hazırlanıb. Komitədən "Olaylar"a bildirilib ki, material Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 71 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın icrası istiqamətində hazırlanıb.
http://www.scfwca.gov.az/page/nesrlerimiz