Xuraman açıq-saçıq şəkillərini yayanları polisə verəcək
4 Mart 2021 12:31 SosialMüğənni Xuraman Şuşalı uzun illər əvvəl çəkdirdiyi açıq-saçıq şəkillərini sosial şəbəkələrdə yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Qafqazinfo xəbər verir ki, sənətçi bu barədə MTV-yə açıqlamasında bildirib. Xuraman qeyd edib ki, sözügedən görüntülərini silməyənlər barədə şikayətçi olacaq:
"Birinci, rica edirəm ki, o görüntüləri silin. Açıq şəkildə görünməyimə haram qoymuşam. Tez-tez açıq və qapalı formada olan görüntülərimi kollaj edib yayırlar. İcazə vermirəm. Bu məsələni hüquqi yolla həll edəcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31