Gəncə Dövlət Universitetində nə baş verir?
Təhsil Nazirliyinin komissiyası niyə GDU-da yoxlama apara bilmir?
4 Mart 2021 12:14 SosialTəhsil Nazirliyinin komissiyası niyə GDU-da yoxlama apara bilmir?
Ölkənin orta və ali təhsil müəssisələrində korrupsiya və rüşvət hallarının mövcudluğu heç kimə sir deyil. İllərlə təhsil sahəsində olan neqativ halların aradan qaldırılması, gələcək nəslə təlim-tərbiyyə verən təhsil ocaqlarında şəfaflığın təmin olunması istiqamətində aparılan mübarizə nəticəsiz qalıb. Bəzi təhsil müəsssisələrinin rəhbərləri və valideyinlərin əlbir fəaliyyəti nəticəsində bu sahədə korrupsiyanın kökünü kəsmək mümkün olmayıb. Yeri gəlmişkən qeyd edək ki, Gəncə Dövlət Unuversiteti (GDU) barədə xoşagəlməyən məlumatlar zaman-zaman ölkə mətbuatının gündəmini zəbt edib. Etiraf edilməlidir ki, 83 yaşlı universitet daim ölkəyə bəxş etdiyi savadlı və bacarıqlı kadrları ilə fərqlənib. Lakin bəzi üzdəniraq rəhbərlərin qanunsuz fəaliyyəti nəticəsində unuversitetin qazandığı uğurlara kölgə salınıb. Görünən ondan ibarətdir ki, universitetdə neqativ halların qarşısının alınması, tədrisin keyfiyyətinin, əmək intizamının yüksəldilməsi əvəzinə, özbaşnalıq hökm sürür. Məlumata görə, Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Nə barəsində edilən şikayətlər, nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov dünyanın və respublikamızın koronavirus pandemiyasından təlaş etdiyi indiki məqamda da neqativ hallara rəvac verməkdə davam edir. Universitetdə baş alıb gedən özbaşınalıq, qanun pozuntuları bu ali təhsil müəssisəsində həm professor-müəllim heyəti arasında, həm texniki işçilər arasında, həm də tələbə kontingentində atmosferi pozur, pessimist əhvali-ruhiyyə yaradır. Bütün universitet kollektivinin hüquqları pozulur, müxtəlif təhqirlərə məruz qalır. Bu barədə Gəncə Dövlət Universitetinin (GDU) dosentləri Maqbet Əhmədov, Abbas Hüseynov, Abbas Məmmədov mətbuata müraciət ediblər. (Hüriyyət qəzetinin 405 mart sayı). Bildirilib ki, Yusif Yusibov o qədər özünə arxayındır ki, bu günlərdə Təhsil Nazirliyinin xüsusi komissiyasını universitetdən qovub. Belə ki, Yusif Yusibovun Təhsil Naziri Emin Əmrullayevlə münasibətləri normal deyil. Yusif Yusibov nazir Emin Əmrullayev üçün arzuolunmaz şəxsdir. Təhsil Nazirliyi həm kütləvi informasiya vasitələrində dərc olunan materiallara, həm də nazirliyə olunan çoxsaylı şikayətlərə görə, universiteti yoxlatmaq üçün xüsusi komissiya göndərib. Komissiya yoxlama prosesində maliyyə sahəsində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması, saxta tələbə köçürmələri və s. kimi cinayət xarakterli faktlar aşkar edib. Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda, Yusif Yusibov onları otaqdan qovaraq qışqırıb ki, gedin bacardığınızı eləyin. Bundan sonra rektor birbaşa Mikayıl Cabbarova zəng edib. Komissiya üzvəri bununla bağlı Təhsil naziri Emin Əmrullayevə məlumat veriblər. Emin Əmrullayev bundan sonra universitetə daha bir komissiya göndərmiş, özü Gəncə şəhərinə səfər etmiş, amma universitetə gəlməmiş, digər ali məktəblərə, bir neçə orta məktəbə baş çəkmişdir. Görünür, Təhsil naziri Samir Şərifov, Mikayıl Cabbarov və Ceyhun Bayramov tərəfindən ciddi təzyiqlərə məruz qalmışdır. Belə ki, Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin Aparat rəhbəridir: "GDU-da pul vəsaitlərinin xərclənməsində böyük israfçılığa yol verilir. Belə ki, rektor Y.Yusibov müəllimlərin maaşlarını qaldırmaq əvəzinə, bu pulları şişirtmə qiymətlərlə lüzumsuz şeylərə xərcləyir. Rektor universitetdə özünəməxsus maaş sistemi tətbiq edir. Respublikamızın digər ali məktəblərində professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu GDU-da xəyal olaraq qalır. Gəncədə yerləşən ADAU və GDU əməkdaşlarının maaşları arasında əsaslı fərqlər vardır. Amma rektor öz yaxın ətrafına maaş verilməsində heç də xəsislik etmir, hətta onları paketlə də mükafatlandırır. Başqa sözlə, özünün rüşvət mexanizminin dayaqlarına fərqli maaşlar verir. Rektorun test maxinasiyalarına rəhbərlik edən, nənələri erməni olan (Gəncəyə raket hücumları zamanı yaralanan Kalina Qriqoryan) Vasif və Asif Həsənov qardaşlarının maaşı 2500 manat, prorektorlar 2000 manatadək, rektorun katibəsinin maaşı 1800 manat və s. həddindədir. Rektor öz fantaziyalarına uyğun qəribə şöbələr yaradır, bu şöbələrə isə işçilər götürür. Asif və Vasif Həsənovların həm bacıları, həm də həyat yoldaşları, eləcə də rektorun yaxın ətrafının qohumları bu şöbələrə işə götürülüb. Amma təhsil prosesi çiyinlərində dayanan professor müəllim heyətinin maaşı 450-700 manat arasında dəyişir. Dekanların və kafedra müdirlərinin bütün hüquqları əllərindən alınıb. Maraqlıdır ki,tələbələrin hansına təqaüd verilməsi məsələsi dekanın səlahiyyətində olduğu halda bu məsələni də rektor özü həll edir. Təbii ki, Vasif və Asif qardaşlarının əli ilə". Müraciətdə qeyd olunur ki, Prezident İlham Əliyevin fərmanı ilə GDU-nun 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri üçün 8 milyon vəsait ayrılmışdı. Amma yataqxananın binaları sökülmədən, sadəcə təmir olundu. Bu qədər vəsaitə böyük bir kompleks tikmək olar, lakin rektor bu məqsədlə universitetin büdcəsindən də xeyli miqdarda əlavə vəsait ayırdı. Təmirə ayrılmış bu qədər vəsaiti Y.Yusibov şübhəli tenderlərin qalibi, sənədlərdə başqa adamın adı olmağına baxmayaraq bu tikinti işlərinə başçılıq edən öz qardaşı Çingiz Yusibovun və təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun əli ilə həzmi-rabedən keçirdi. Elə gələn komissiya da bu sahədə güclü saxtalaşdırmanın üstünü açdı. Ona görə də bu komissiya təhqir olunaraq universitetdən qovuldu. Maraqlıdır, Təhsil Nazirliyi 70 yaşını çoxdan keçmiş, ən yaşlı rektorlardan hesab olunan, kabinet kralı, heç kimi qəbul etməyən GDU rektoru Y.Yusibovun bütün qanunsuz əməllərinə nə vaxta kimi göz yumacaq?
Zəka
Olaylar.az