Azərbaycanda daha bir intihar: Müəllim özünü asdı
4 Mart 2021 10:47 SosialTərtər rayonunda qadın intihar edib.
Olaylar.az Report-a istinadən xəbər verir ki, rayonun Yuxarı Qaradağlı kənd sakini İsgəndərova Cəmilə Cəbrayıl qızı yaşadığı evin qarşısındakı yardımçı tikilidə asılı vəziyyətdə tapılıb.
O, Qapanlı kənd ümumi orta məktəbinin müəllimi olub. Üç övlad anası bir il əvvəl yaşla bağlı pensiyaya çıxıb.
Hadisənin intihar olması ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31