Daha bir qadağa LƏĞV OLUNDU - Martın 3-dən...

Olaylar.az Unikal.org-a istinadla xəbər verir ki, Rusiya martın 3-dən etibarən Azərbaycanın 8 müəssisəsindən alma, 19 müəssisəsindən pomidor idxalına icazə verib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bildirib.

Qeyd olunub ki, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında, eləcə də birgə video yoxlamalar zamanı seçilmiş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrinə müvafiq olaraq verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31