İcra başçısı gənclərin problemləri ilə maraqlanıb
3 Mart 2021 19:03 Sosialİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğunun inzibati vəzifələrinin 3-7-ci təsnifatları üzrə müvafiq sertifikatlar almış, hazırda işsiz olan bir qrup gənclə pandemiya qaydalarına uyğun olaraq görüş keçirib. "OLAYLAR" xəbər verir ki, RİH başçısı imtahanlarda yüksək nəticə göstərmiş İsmayıllı gəncləri ilə görüş zamanı onların problemləri ilə yaxından maraqlanıb. Rayon İcra Hakimiyyətində vakant vəzifələrə kadr təyinatı zamanı onların da nəzərə alınacağını bildirib.
Görüşdə iştirak edən gənclər onlara göstərilən xüsusi diqqətə görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31