Avtomobilləri cızan şəxs ifşa olundu
3 Mart 2021 13:43 SosialMartın 2-də Gəncə şəhəri ərazisində şəhər sakini E.Abdullayevə məxsus "Mercedes" markalı avtomobilin qəsdən cızılaraq sahibinə maddi ziyan vurulması barədə Nizami (Gəncə) RPİ-yə məlumat daxil olub. "Olaylar" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini E.Kərimov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun Gəncə şəhər sakinləri A.Hüseynova və S.İsmayılova məxsus "Toyota" və "KİA" markalı avtomobillərə ziyan vurması da müəyyən edilib. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31