Mağazadan 10 min manatlıq telefonlar oğurlayan ələ keçib

Bakıda fəaliyət göstərən mağazaların birində oğurluq olub. DİN-dən "Olaylar"a bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Yusifov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini K.Xasıyevlə birgə Bakı şəhər sakinləri Ü.Kazımlının mopedini, S.Babyevin "Yamaha" və C.Həsənovun "Haojue" markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31