Ödəmə terminalından 4 min manat oğurlayan keçmiş məhkum saxlanıb

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki mağazaların birində quraşdırılan içərisində 3 953 manat pul olan "E-manat" ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş M.Kazımov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31