Karantin qaydaları dəyişir - Yeniliklər yaxın günlərdə ELAN EDİLƏCƏK
3 Mart 2021 12:12 SosialAvstriyanın irəli sürdüyü "yaşıl pasport" təşəbbüsü bir neçə Avropa ölkəsi tərəfindən müsbət qarşılanıb.
Olaylar.az xəbər verir ki, bu sənəd peyvənd olunan və koronavirusdan sağalan şəxslərə veriləcək. Avropalılar "yaşıl pasport" ilə köhnə qitədə rahat səyahət edə biləcək. Həmçinin onlar bəzi məhdudiyyətlərdən azad ediləcək. Məlumata görə, məsələ Avropa Birliyi liderlərinin toplantısında da gündəmə gətiriləcək.
Qeyd edək ki, İsraildə "yaşıl pasport" sistemindən artıq istifadə edilir. Yaxın günlərdə daha bir neçə ölkənin oxşar sistemə keçəcəyi gözlənilir.
metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31