Hakim olmaq istəyənlər üçün tеst imtаhаnı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2021-ci il martın 3-də hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir. DİM-dən "Olaylar"a verilən məlumata görə, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə təşkil olunur. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunacaq.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31