40 min manatlıq  heroin dövriyyədən çıxarılıb

Gəncə şəhər sakinindən 40 min manatlıq narkotik maddə götürülüb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Olaylar"a verilən məlumata görə, Gəncə ŞBPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində qara bazarda təxmini qiyməti 40.000 manat olan heroin dövriyyədən çıxarılıb. Şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev şəhər ərazisində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 2 qram heroin aşkar edilərək götürülüb. Onun şəhər ərazisindəki  mənzilinə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 578 qram heroin aşkar edilib. Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. M.Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31