Quzuya uşaq bezi geyindirib gəzdirən gənclər sərbəst buraxılıb
3 Mart 2021 10:56 Sosial"Axşam saatlarında Bakı şəhərinin mərkəzində quzu gəzdirən vətəndaşlar saxlanılıb və sərbəst buraxılıb". Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. E.Zahidov qeyd edib ki, vətəndaşlara cərimə yazılmayıb: "Pandemiya dövründə insanların sıx toplaşmasına səbəb olan hərəkətlər etdiklərinə görə ərazidən uzaqlaşdırılıblar. Profilaktik söhbət aparılıb, vəziyyət izah olunub və sərbəst buraxılıblar". Qeyd edək ki, Bakının mərkəzində quzuya uşaq bezi geyindirib gəzdirən gənclərlə bağlı məlumat sosial şəbəkədə ictimailəşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31