Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı ilə bağlı xəbərlərə REAKSİYA
2 Mart 2021 14:11 SosialHazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31