Ödəmə terminalından pul oğurlayan ələ keçib

Binəqədi rayonu ərazisindəki mağazaların birindən və oradakı ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki mağazaların birindən 306 manat, oradakı "E-manat" ödəmə terminalından isə 3510 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov və Ağdaş rayon sakini R.Hümbətov saxlanılmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31