Bakıda quldurluqla məşğul olan şəxs saxlanıb
2 Mart 2021 13:13 SosialBakı şəhər sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olylar"a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Quliyev martın 1-də Babək prospektində 2 nəfərin onun qulaq nahiyəsinə bıçaqla xəsarət yetirib mobil telefonunu aldığını bildirmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri V.Qafarov və əvvəllər məhkum olunmuş İ.Sadiqov saxlanılaraq Nizami RPİ-yə təhvil verilmişlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31